Myles Lewis-Skelly İngiltərə yığmasında tarix yazıb
Bakı, 22 mart, Tsport.az
İngiltərə millisinin gənc futbolçusu Myles Lewis-Skelly Albaniya ilə oyunda qol vuraraq rekord qırıb.
DÇ-2026-nın seçmə mərhələsində komandasına qələbə qazandıran qollardan birini vuran 18 yaş 176 günlük müdafiəçi, debüt matçında qol vuran ən gənc oyunçu adına sahib çıxıb.
Bundan əvvəlki rekord 18 yaş 209 günündə Avstraliyaya qarşı ilk oyununda fərqlənən Markus Reşforda məxsus idi.