“Mən kənara atılacaq bir futbolçu deyiləm”
Bakı, 17 iyul , Tsport.az
“Fenerbahçe”ilə müqaviləsi başa çatdıqdan sonra “Fiorentina”ya transfer olunan Edin Dzeko imza mərasimində danışdı.
39 yaşlı hücumçu belə dedi:
“Yaşın əhəmiyyəti yoxdur. Mən kənara atılacaq bir futbolçu deyiləm.”
Tsport.az xəbər verir ki , “Fiorentina”ya transfer olunan Dzeko keçirilən imza mərasimində açıqlamalar verib.
Dzeko bildirib: “Yaşın əhəmiyyəti yoxdur. Mən kənara atılacaq bir futbolçu deyiləm.”
“Bir-birimizə kömək edəcəyik”
“Son illərdə etdiyim kimi, əlimdən gələnin ən yaxşısını etmək və klubun inkişafına dəstək olmaq üçün buradayam – Fiorentinadayam. Fiorentinanın məni istədiyini eşidəndə dərhal ‘Bəli’ dedim. Məqsədlərimiz var və Konfrans Liqası da onlardan biridir. Bu turniri önəmli sayıram. Məncə bir komandada həmişə həm gənc oyunçular, həm də təcrübəli futbolçular olmalıdır. Bir-birimizə kömək edəcəyik.”
Dzeko əlavə edib: “Fenerbahçe”təcrübəm mənim üçün fərqli bir təcrübə oldu. Türkiyədə, Bosniyaya bənzər bir mədəniyyət var idi. “Fenerbahçe” də çox gözəl vaxt keçirdim, amma nəticə etibarilə kubok qazana bilməməyimiz kədərli oldu.”
Aytac Mustafayeva