Məşhur baş məşqçi 100 ilin antirekorduna imza atıb
Bakı, 3 oktyabr, Tsport.az
İngiltərənin “Nottingham Forest” klubunun baş məşqçisi Angelos Postecoglou tarixi bir antirekorda imza atıb.
Tsport.az xəbər verir ki, bu, komandanın UEFA Avropa Liqası-nın II turunda Danimarka təmsilçisi “Midtjylland” üzərində 2:3 hesabı ilə məğlubiyyəti ilə qeydə alınıb.
Premyer Liqa təmsilçisi Postecoglounun rəhbərliyi altında meydana çıxdığı 6 matçda 4 dəfə uduzub, 2 qarşılaşmada isə heç-heçə edib. Bu göstərici onu 100 il ərzində “Nottingham Forest” tarixində ilk altı görüşündə qalib gələ bilməyən yeganə baş məşqçi edir.
Belə bir antirekord sonuncu dəfə 1925-ci ildə yaşanıb. O zaman “Nottingham Forest” Con Beynsin rəhbərliyi altında ilk 7 qarşılaşmada qələbə qazana bilməmişdi, lakin bundan sonra klubda daha dörd il fəaliyyət göstərmişdi.