Nəbiyulla Qələbəqiyev dünya reytinqində ilk 12-yə yüksəlib
Bakı, 30 mart, Tsport.az
26-30 mart tarixlərində Fransanın Puy- Saint Vinsent qəsəbəsində keçirilən yeniyetmələr arasında Xizək Alpinizmi üzrə Dünya Kubokunun final mərhələsində idmançılarımız Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov iştirak ediblər.
Tsport.az xəbər verir ki, Nəbiyulla Qələbəqiyev yarışın vertikal növündə 16 ölkədən olan 38 peşəkar idmançı arasında
7-ci, individual növdə isə 13 cü yerdə qərarlaşaraq xizək alpinizmi üzrə dünya reytinqində 53 idmançı arasında 12-ci yerə yüksəlib.
Digər idmançımız Ramin Beybutov isə vertikal növdə 31-ci, individual növdə isə 30-cu yerə sahib olub.



