Namik Ələskərov “Zirə”də
Bakı, 5 avqust, Tsport.az
“Zirə” PFK 30 yaşlı yarımmüdafiəçi Namik Ələskərovu heyətinə qatıb.
Tsport.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, təcrübəli futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Ələskərov karyerası ərzində “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi”, Türkiyənin “Bursaspor” və son olaraq “Sabah” klublarında çıxış edib.