“Napoli” A Seriyasında tarixi rekorda imza atıb
Bakı, 24 may, Tsport.az
İtaliya A Seriyasında 2024/2025 mövsümünün çempionu olan “Napoli”, unikal uğura imza ataraq tarixə düşüb.
Tsport.az xəbər verir ki, Antonio Contenin rəhbərlik etdiyi komanda son turda “Cagliari” üzərində 2:0 hesablı qələbə ilə çempionluğunu rəsmiləşdirib.
Bu nailiyyət “Napoli” üçün təkcə çempionluq deyil, həm də A Seriyası tarixində yeni bir rekord deməkdir. Belə ki, Neapol klubu ötən mövsümü 10-cu pillədə başa vurmasına baxmayaraq, növbəti mövsümdə liqanı birinci yerdə tamamlayaraq belə bir dönüş edən ilk komanda olub.