Dünya Futbolu

“Napoli” Andy Diouf üçün rəsmi təklif göndərib

Bakı, 15 avqust, Tsport.az

İtaliyanın “Napoli” klubu Fransanın “Lens” komandasının yarımmüdafiəçisi Andy Diouf-un transferi üçün rəsmi təklif irəli sürüb.

Tsport.az xəbər verir ki, A Seriyası təmsilçisi 22 yaşlı futbolçunu 20 milyon avroya almaq niyyətindədir. Lakin “Lens” oyunçu üçün 23 milyon avro tələb edir.

Andy Diouf 2024/2025 mövsümündə “Lens”in heyətində 37 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.