“Napoli” ciddi itkilərlə üzləşib
Bakı, 9 oktyabr, Tsport.az
“Napoli” futbolçuları Stanislav Lobotka və Matteo Politano zədələnib.
Tsport.az xəbər verir ki, hər iki oyunçu oktyabr ayında milli komandalarının oyunlarını buraxacaq. Lobotka Slovakiya, Politano isə İtaliya millisinin üzvüdür.
Futbolçular A seriyasında “Genoa” ilə (2:1) oyunda zədələniblər.