Dünya Futbolu

“Napoli” heyətini gücləndirdi

Bakı, 21 iyul , Tsport.az 

İtaliya çempionu “Napoli” müdafiə xəttini yeni transferlə möhkəmləndirib. Klub “Bologna” komandasından 26 yaşlı holland futbolçu Sem Beukemanı transfer etdiyini açıqlayıb.

Tsport.az xəbər verir ki, Beukema ilə imzalanan müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq. Müdafiəçi “Bologna”da 2023-cü ildən bu yana çıxış edib. Bu müddət ərzində 80 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Beukema daha əvvəl “Go Ahead Eagles” və “AZ Alkmaar” klublarının formasını geyinib. Onun hazırkı bazar dəyəri 28 milyon avro olaraq qiymətləndirilir.