“Napoli” Rasmus Höjlundu icarəyə götürür
Bakı, 30 avqust, Tsport.az
“Napoli” klubu “Manchester United”in hücumçusu Rasmus Höjlundla bağlı razılıq əldə edib. Bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Tsport.az xəbər verir ki, A Seriyasının son çempionu 21 yaşlı forvardı bir mövsüm müddətinə 6 milyon avro qarşılığında icarəyə götürəcək. Müqaviləyə əlavə olaraq 44 milyon avro məbləğində satınalma bəndi də daxil edilib. Bu şərt müəyyən göstəricilər yerinə yetiriləcəyi halda məcburi olacaq.
Qeyd edək ki, Höjlund 2023-cü ilin avqustunda “Atalanta”dan “Manchester United”ə transfer olunub. O, indiyədək “qırmızı şeytanlar”ın heyətində 95 oyuna çıxıb, 26 qol vurub və 6 məhsuldar ötürmə edib. Hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər davam edir.