Dünya Futbolu

“Napoli”nin futbolçusu yaşıl meydanlardan uzaqlaşdırılıb

Bakı, 8 oktyabr, Tsport.az

İtaliyanın “Napoli” klubunun və Slovakiya millisinin yarımmüdafiəçisi Stanislav Lobotka zədə səbəbindən 3–4 həftə meydana çıxa bilməyəcək.

Tsport.az xəbər verir ki, futbolçu A Seriyasında “Genoa” üzərində 2:1 hesablı qələbə qazandıqları matçda zədələnib.

Bu səbəbdən Lobotka, Slovakiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi qarşılaşmalarda iştirak edə bilməyəcək.

Slovakiya millisi 10 oktyabrda Şimali İrlandiya, 13 oktyabrda isə Lüksemburq ilə üz-üzə gələcək.