Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb
Bakı, 17 mart, Tsport.az
Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb.
Tsport.az xəbər verir ki, qurum 2002-ci ildə yaradılmışdı. 2023-cü ildən etibarən federasiyaya Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev sədr olaraq rəhbərlik edib.
Qeyd edək ki, Naxçıvanda federasiyanın yerli bölməsinin yaradılması planlaşdırılır.