NBA əfsanəsinə böyük şərəf
Bakı, 5 aprel, Tsport.az
NBA-nın tanınmış simalarından biri, 2020-ci ilin çempionu Dwight Howard Basketbol Şöhrət Zalına daxil edilib.
Tsport.az xəbər verir ki, ESPN-in jurnalisti Shams Charania bu xəbəri “X” sosial şəbəkəsində paylaşıb.
39 yaşlı mərkəz oyunçusu ilk səsvermədə bu şərəfə layiq görülüb. Karyerası boyunca “Orlando Magic”, “Los Angeles Lakers”, “Houston Rockets”, “Atlanta Hawks”, “Charlotte Hornets”, “Washington Wizards” və “Philadelphia 76ers” komandalarında çıxış edən Hovard, xüsusilə 2020-ci ildə Lakers ilə qazandığı NBA çempionluğu ilə yadda qalıb.
Dwight Howard peşəkar karyerası ərzində ümumilikdə 1242 oyunda iştirak edib. O, orta hesabla 15,7 xal, 11,8 ribaund və 1,3 məhsuldar ötürmə ilə statistik göstəriciləri ilə basketbol tarixində öz izini qoyub.
Bu qərarla birlikdə, Howardın adı NBA tarixinə qızıl hərflərlə yazılmış əfsanələr sırasında yerini aldı.