Basketbol

NBA çempionu azadlıqdan məhkum edilib

Bakı, 10 oktyabr, Tsport.az

Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Paul Pierce Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinərək həbs olunub.

Tsport.az xəbər verir ki, Pirs San-Fernando vadisində magistral yolun ortasında dayanan avtomobilin sükanı arxasında yatarkən aşkarlanıb. Polis onun spirtli içki təsiri altında olduğunu bildirir.

47 yaşlı sabiq basketbolçu Boston Celtics ilə 1998-2013-cü illərdə çıxış edib və 2008-ci ildə NBA çempionu olub. Həmçinin o, Brooklyn, Washington və Los Angeles Clippers komandalarında oynayıb və 10 dəfə NBA All-Star matçında iştirak edib. Paul Pierce karyerasını 2017-ci ildə başa vurub.