-->
Basketbol

NBA-da günün nəticələri

Bakı, 2 aprel, Tsport.az

NBA-də keçirilən görüşdə Minnesota Timberwolves səfərdə Denver Nuggets-i uzatma nəticəsində 140-139 hesabı ilə məğlub edib.

Tsport.az xəbər verir ki, Denver komandasında serbiyalı ulduz Nikola Jokic möhtəşəm çıxışı ilə seçilərək 61 xal, 11 ribaund və 10 asistlə “triple-double” edib.

Timberwolves-un heyətində isə Anthony Edwards 34 xal və 10 ribaundla, Julius Randle və Nickeil Alexander-Walker isə hər biri 26 xalla qələbəyə töhfə verib.

Golden State Warriors, ulduz oyunçusu Stephen Curry-nin 52 xal, 10 ribaund və 8 asistlik performansı sayəsində səfərdə Memphis Grizzlies-i 134-125 hesabı ilə məğlub edib.

Grizzlies-in heyətində isə Ja Morant 36, Jaren Jackson Jr. isə 22 xalla komandasına dəstək olub.

Oyunların nəticələri:

Milwaukee Bucks – Phoenix Suns: 133-123

New York Knicks – Philadelphia 76ers: 105-91

Atlanta Hawks – Portland Trail Blazers: 113-127

Memphis Grizzlies – Golden State Warriors: 125-134

Chicago Bulls – Toronto Raptors: 137-118

San Antonio Spurs – Orlando Magic: 105-116

Denver Nuggets – Minnesota Timberwolves: 139-140 (Uzatmada)