NBA-nın bir neçə klubu LeBron James üçün hərəkətə keçib
Bakı, 13 iyul, Tsport.az
ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən bir neçə klub, liqanın canlı əfsanəsi sayılan LeBron James-i heyətinə cəlb etmək niyyətindədir.
Tsport.az xəbər verir ki, bu barədə ESPN kanalı məlumat yayıb.
Məlumata görə, artıq dörd komanda 40 yaşlı ulduzun nümayəndəsi Rich Paul ilə ilkin təmas qurub. Lakin həmin klubların adları mediaya açıqlanmayıb.
Qeyd edək ki, LeBron James 2018-ci ildən bəri Los Angeles Lakers komandasının şərəfini qoruyur. O, eyni zamanda ABŞ milli komandası ilə üç dəfə Olimpiya qızıl medalı qazanıb.