Dünya Futbolu

NBA ulduzuna ölüm təhdidləri yağır

Bakı, 17 avqust, Tsport.az

NBA komandası Brooklyn Nets’in formasını geyinən Michael Porter Jr, idman mərclərinə görə ölüm təhdidləri aldıqlarını bildirib.

Tsport.az xəbər verir ki, Qatıldığı podkast yayımında danışan Michael Porter Jr belə deyib:

“Qardaşımın (Jontay Porter) yaşadığı vəziyyət ortadadır. Malik Beasley eyni vəziyyətdədir. Terry Rozier də çətin durumdadır. Bahis məsələsi getdikcə daha da pisləşəcək. Üstəlik, biz həqiqətən ölüm təhdidləri alırıq. Bir gün, tarazlığı olmayan bir qumarbazın hansısa idmançıya fiziki hücum edəcəyi halda nə olacağını düşünürəm. İşin qəribə tərəfi odur ki, çox yaxşı oynasam ‘alt’ mərc edənlərlə problem yaşayıram, pis oynasam ‘üst’ mərc edənlər pulunu itirir. Nəticədə hər halda bəzi insanların pulu boşa gedir.”

Bahis oyunlarının bəzi basketbolçuları cəlb etdiyini vurğulayan 27 yaşlı amerikalı basketbolçu sözlərinə belə davam edib:

“Təsəvvür edin, Bu oyunda mənə 10 min dollarlıq alt mərc edin. Mən zədələnmiş kimi edəcəyəm və üç dəqiqəyə oyundan çıxacağam desən, sadəcə bir oyunda bütün dostlarını varlı edə bilərsən. Bu düzgün deyil, amma bəzi insanlar belə düşünə bilər. Onlar yoxsulluqdan gəlirlər və bütün dostları da bu cür qazanmaq istəyir.”

Xatırladaq ki, son olaraq Toronto Raptors’un formasını geyinən Michael Porter Jr’ın qardaşı Jontay Porter, oynadığı oyunlara mərc etdiyi səbəbindən 2024-cü ildə NBA tərəfindən ömürlük diskvalifikasiya ilə cəzalandırılmışdı.

Zəhra Mansırova