Neftçi Azərbaycan Basketbol Liqasının finalına yüksəldi
Bakı, 29 aprel, Tsport.az
Azərbaycan Basketbol Liqasında finalın ikinci iştirakçısı müəyyənləşib — bu mərhələyə vəsiqə qazanan komanda Neftçi olub.
Tsport.az xəbər verir ki, “ağ-qaralar” yarımfinalın ikinci görüşündə “Abşeron” üzərində 81:72 hesablı qələbə qazanaraq seriyada ümumi üstünlüyü təmin edib. “Neftçi” ilk qarşılaşmada da rəqibini məğlub etmişdi.
Beləliklə, finalda “Neftçi” və “Sabah” komandaları qarşılaşacaq.