”Neftçi” də “Araz-Naxçıvan” matçi öncəsi itki
Bakı, 28 mart, Tsport.az
“Misli Premyer Liqasının 28-ci turu çərçivəsində “Araz-Naxçıvan”la qarşılaşacaq “Neftçi” son məşqini keçirib.
Tsport.az xəbər verir ki, komanda oyunöncəsi son hazırlığını “Neftçi” Futbol Mərkəzində başa vurub. Lakin bakılıların heyətində itkilər var – kapitan Emin Mahmudov və Andrey Ştoqrin zədə səbəbindən bu görüşdə iştirak etməyəcəklər.
Xatırladaq ki, “Neftçi” – “Araz-Naxçıvan” oyunu martın 29-da, saat 16:45-də “Neftçi Arena”da baş tutacaq.”