Azərbaycan Futbolu

“Neftçi” ev formalarını təqdim etdi

Bakı, 17 iyul, Tsport.az

Neftçi” PFK 2025/26 mövsümünə özünəməxsus tərzdə start verir. Bakı klubu yeni mövsümün ev formalarını ictimaiyyətə təqdim edib.

Tsport.az xəbər verir ki, “Kappa” şirkəti tərəfindən eksklüziv olaraq hazırlanan köynəklər klubun tarixində iz qoymuş Anatoli Banişevskinin “İdeal futbolçu silueti” təsviri ilə fərqlənir. Bu simvolik detal “Neftçi”nin 2026-cı ilin fevralında qeyd ediləcək 80 illik yubileyinə xüsusi hörmət ifadəsidir.

Formanın arxa boyun hissəsindəki 8 və 0 rəqəmlərinin incə dizaynla birləşdirilməsi isə həm yubileyi, həm də “Neftçi”nin futbol tarixindəki əbədiliyini simvolizə edir.