“Neftçi” iki futbolçusunu əvəzedici heyətə göndərib
Bakı, 21 avqust , Tsport.az
“Neftçi” iki futbolçusunu əvəzedici heyətə göndərib.
Tsport.az xəbər verir ki, baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.