“Neftçi” məşqçisi ilə yollarını ayırdı
Bakı, 21 iyul , Tsport.az
“Neftçi-2” komandasının məşqçisi Anar Vəliyev klubla yollarını ayırıb.
Tsport.az xəbər verir ki, Vəliyevin ayrılması rəsmi şəkildə təsdiqlənib.
Vəliyev 2021-ci ildən Neftçi Futbol Akademiyasında çalışıb və 2022/23 mövsümündən etibarən əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin köməkçisi kimi fəaliyyət göstərib.
Onun rəhbərliyi altında komanda bir sıra uğurlar əldə edib:
- Əvəzedicilər Liqası – qızıl medal (2023/24)
- Əvəzedicilər Liqası – gümüş medal (2024/25)
- I Divizion – gümüş medal (2022/23)