Azərbaycan Futbolu

“Neftçi” məşqçisi ilə yollarını ayırdı

Bakı, 21 iyul , Tsport.az 

Neftçi-2” komandasının məşqçisi Anar Vəliyev klubla yollarını ayırıb.

Tsport.az xəbər verir ki, Vəliyevin ayrılması rəsmi şəkildə təsdiqlənib.

Vəliyev 2021-ci ildən Neftçi Futbol Akademiyasında çalışıb və 2022/23 mövsümündən etibarən əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin köməkçisi kimi fəaliyyət göstərib.

Onun rəhbərliyi altında komanda bir sıra uğurlar əldə edib:

  • Əvəzedicilər Liqası – qızıl medal (2023/24)
  • Əvəzedicilər Liqası – gümüş medal (2024/25)
  • I Divizion – gümüş medal (2022/23)