Azərbaycan Futbolu

“Neftçi” Polşadakı Təlim-Məşq Toplanışında Yenə Heç-heçə Oynadı

Bakı, 22 iyul , Tsport.az 

Polşada təlim-məşq toplanışını davam etdirən “Neftçi” növbəti yoxlama oyununda da bərabərə qalıb. Samir Abasovun rəhbərlik etdiyi Bakı təmsilçisi yerli “Termalika” klubu ilə “Sportovi Novini” stadionunda qarşılaşıb. Matç 2:2 hesabı ilə yekunlaşıb.

Tsport.az xəbər verir ki, “Ağ-qaralar”ın qollarına Freddi Varqas Bassala Sambou imza atıblar.

Qeyd edək ki, bu, “Neftçi”nin toplanış çərçivəsindəki ikinci heç-heçəsidir. Komanda ilk yoxlama görüşündə İsrailin “Hapoel” (Təl-Əviv) klubu ilə 1:1 bərabərə qalmışdı.

“Neftçi” növbəti yoxlama matçlarını 27 iyulda Yunanıstanın “Asteras” və 1 avqustda Kiprin AEL klublarına qarşı keçirəcək.