“Neftçi” Polşadakı Təlim-Məşq Toplanışında Yenə Heç-heçə Oynadı
Bakı, 22 iyul , Tsport.az
Polşada təlim-məşq toplanışını davam etdirən “Neftçi” növbəti yoxlama oyununda da bərabərə qalıb. Samir Abasovun rəhbərlik etdiyi Bakı təmsilçisi yerli “Termalika” klubu ilə “Sportovi Novini” stadionunda qarşılaşıb. Matç 2:2 hesabı ilə yekunlaşıb.
Tsport.az xəbər verir ki, “Ağ-qaralar”ın qollarına Freddi Varqas və Bassala Sambou imza atıblar.
Qeyd edək ki, bu, “Neftçi”nin toplanış çərçivəsindəki ikinci heç-heçəsidir. Komanda ilk yoxlama görüşündə İsrailin “Hapoel” (Təl-Əviv) klubu ilə 1:1 bərabərə qalmışdı.
“Neftçi” növbəti yoxlama matçlarını 27 iyulda Yunanıstanın “Asteras” və 1 avqustda Kiprin AEL klublarına qarşı keçirəcək.