Azərbaycan Futbolu

“Neftçi” qələbə qazandı!

Bakı, 18 may , Tsport.az

Misli Premyer Liqasının XXXV turunda “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib

Tsport.az xəbər verir ki , Nicat İsmayıllının idarə etdiyi matç ev sahiblərinin qələbəsi ilə başa çatıb. “Neftçi” matçın ilk dəqiqəsində Dembo Darbonun qolu ilə hesabı açıb:1-0. 26-cı dəqiqədə Bakılıların 21 yaşlı hücumçusu Ağadadaş Salyanski hesabda fərqi 2-yə qaldırıb: 2-0. İlk hissə 2-0 başa çatıb. İkinci hissədə  ev sahibləri yenidən fərqlənib. 80-ci dəqiqədə Alex Fernandes hesabda fərqi bir daha artırdı: 3-0. Matç 3-0 başa çatdı. Beləliklə “Neftçi” 43 xalla turnir cədvəlində 6-cı yerdə qərarlaşdı. “Səbail” 22 xalla sonuncudur. 

Qeyd edək ki, tura “Qarabağ” – “Kəpəz” matçı ilə yekun vurulacaq.