Futzal

“Neftçi” qələbəni son anda itirdi

Bakı, 3 aprel, Tsport.az

Bu gün Futzal Yüksək Liqasının XXIV turunda “Araz-Naxçıvan” “Neftçi” ni qəbul edib.

Tsport.az xəbər verir ki, ev sahiblərinin qalib gəldiyi matçda qonaqlar qələbəni son anda əldən verdi. Hesabı 2:12-də Giovanny açdı. Karlos Henrique 7:43-də, Giovanny 14:04-də, Amirhossein Rasouli 24:24-də,Xəzər Ağalızadə 25:43-də fərqləndi. İkinci hissədə ümidini itirməyən “Neftçi” 27:06-da Mortaza Haidarinin qolu ilə ilk qolunu vurdu. Ardınca 27:42-də Abdul Ghafar Sadeqi, Vahib Xocayev 30:22-də, Fərid Atakişiyev 30:52-də fərqlənərək hesabı 5:4 etdi. Matç 5-4 başa çatdı.