“Neftçi” vahid lider oldu
Bakı, 14 oktyabr, Tsport.az
Sözsüz ki, günün ikinci oyunu daha çox maraq kəsb edirdi. Matç turnir cədvəlinin zirvəsində yaranmış ikihakimiyyətliliyə son qoymaq baxımından önəmli olduğu qədər oktyabrın sonunda UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” üçün də ciddi sınaqlardan biri idi.
Tsport.az xəbər verir ki,Görüşdə hesab 11-ci dəqiqədə açıldı. Peruzzo komandasına üstünlük qazandırdı. Buna qədər hər iki komandanın bir neçə dəfə fərqlənmək imkanı olmuşdu. 15-ci dəqiqədə “qırmızı-ağlar”ın heyətində bu dəfə “stolb” qarşısı alınmaz oldu.
İkinci hissəyə “Neftçi” qolla başladı. Təyin olunmuş penaltini Lukas dəqiq yerinə yetirdi. Fərqi minimuma endirən nominal qonaqlar 40 saniyə sonra tarazlığı bərpa etdi. Bu dəfə Allef rəqib torunu silkələməyi bacardı. “Ağ-qaralar” ikinci hissədə həm təzyiqi artırmaqla, həm də rəqibin səhvlərindən faydalanmaqla 35-ci dəqiqədə 2 top fərqi ilə önə keçdi. Finişə 54 saniyə qalmış avtoqol sayəsində “Araz-Naxçıvan” fərqi minimuma endirsə də, artığına gücü çatmadı. Qələbə qazanan “Neftçi” vahid lider oldu.
Araz-Naxçıvan – Neftçi İK (2:0) 4:5
14 oktyabr. Olimpik Star. Saar 15:00
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Kənan Məlikov
Hakim-inspektor: Əfqan Həmzəyev
Qollar: Peruzzo, 10:42, Aleks Da Silva, 14:04, 38:37, Lukas Dias Ramos, 39:16 (ö/q) // Lukas Dias Ramos, 22:20, 32:03, Allef Maiolli, 23:05, 37:40, Mehdi Ahanqari, 34:34
Sarı vərəqələr: Aleks Teyxeyra, 11:12, Rövşən Hüseynli, 22:18, Felipe De Lima, 25:15 // Allef Maiolli, 19:29, Əli Muradov (məşqçi), 28:09, Emil Həsənzadə, 37:08, Mehdi Ahanqari, 38:40, Əjdər Əjdərov, 39:53