Azərbaycan Futbolu

“Neftçi” yeni transferini açıqladı

Bakı, 5 iyul , Tsport.az 

Azərbaycan Premyer Liqası təmsilçisi “Neftçi” yay transfer pəncərəsində növbəti rəsmi keçidini açıqlayıb. Klubun mətbuat xidmətinin məlumatına görə, komandaya qoşulan yeni futbolçu Imad Farajdır.

Tsport.az xəbər verir ki, 26 yaşlı fransalı sağ cinah oyunçusu “LOSC Lille” akademiyasının yetirməsidir və bu klubun əsas komandasında 7 oyuna çıxıb. Daha sonra “Belenenses” (Portuqaliya) və “Royal Excel Mouscron” (Belçika) klublarında forma geyinib. 2021-ci ildən etibarən isə “AEK Larnaca” (Kipr) klubunun heyətində çıxış edirdi. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

Faraj 2024/25 mövsümündə “AEK Larnaca” ilə bütün turnirlərdə 40 oyuna çıxaraq 7 qol və 7 assist ilə yadda qalıb. Onun əsas mövqeyi sağ vinger olsa da, sol cinahda və hücumun mərkəzində də oynamaq bacarığı var.

Transferin maliyyə detalları açıqlanmasa da, “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 1 milyon avro olaraq göstərir.

Qeyd edək ki, “Neftçi” bu yay transfer pəncərəsində artıq Sessi D’Almeida, Luis Ortiz, Elvin Bədəlov, Murad Khachayev və Igor Ribeiro kimi futbolçuları da heyətinə qatıb.