Voleybol

“Neftçi” yüksək liqada rəqibini məğlub edib

Bakı, 28 fevral, Tsport.az

Kişi voleybolçulardan ibarət “Neftçi” komandası Azərbaycan Yüksək Liqasında növbəti dəfə gücünü nümayiş etdirib.

Tsport.az xəbər verir ki, XIII turun yeganə oyununda “ağ-qaralar” MOİK-lə qarşılaşıb və rəqibinə heç bir şans verməyib. Matç “Neftçi”nin tam üstünlüyü ilə keçib və 3:0 (25:15, -25:23, 25:9) hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları martın 3-də yekunlaşacaq.