Azərbaycan Futbolu

“Neftçi” Yüksək Qızlar Liqasının Çempionu Oldu!

Bakı, 2 iyun , Tsport.az 

Neftçi” PFK”nın qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında mövsümü maksimum nəticə ilə başa vuraraq çempionluq kubokunu qazandı.

Tsport.az xəbər verir ki,Siyasət Əsgərovun yetirmələri 15 oyunda 15 qələbə qazanaraq liqada məğlubiyyətsiz zirvəyə yüksəldi. Son görüşdə “Sumqayıt” klubunu 4:0 hesabı ilə məğlub edən “ağ-qaralar” çempionluğunu möhtəşəm şəkildə rəsmiləşdirdi.

Mövsümün ən məhsuldar oyunçusu Coşqunə Əliyeva (31 qol), ən yaxşı futbolçusu isə Ayşən Salamzadə seçildi. Kubok və medallar futbolçulara “Neftçi” PFK və AFFA nümayəndələri tərəfindən təqdim olundu.