Azərbaycan Futbolu

“Neftçi”də daha bir ayrılıq

Bakı, 14 iyul , Tsport.az 

Neftçi” yay fasiləsində heyətində dəyişikliklərə davam edir. Klub 24 yaşlı müdafiəçi İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.

Tsport.az xəbər verir ki, Zülfüqarlı bu barədə sosial media hesabında paylaşım edib. O, ötən mövsüm icarə əsasında “Turan Tovuz”da çıxış etmişdi. “Neftçi”nin öz yetirməsi olan futbolçu 2019-cu ildə əsas komandada debüt etmişdi.

Qeyd edək ki, klub bu yay Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi və Filip Ozobiç kimi adlarla da vidalaşıb.