Azərbaycan Futbolu

“Neftçi”dən tarixi rekord – 21-ci yarımfinal!

Bakı, 1 mart, Tsport.az

Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”-i mübarizədən kənarlaşdıran “Neftçi”, turnir tarixində rekordçu olub.

Tsport.az xəbər verir ki, paytaxt təmsilçisi 21-ci dəfə yarımfinala yüksəlib.

Bu mərhələdə “Neftçi”-nin əsas rəqibi “Qarabağ” isə 20-ci dəfə yarımfinala adlayıb. Ağdam klubu yubiley uğurunu “Səbail” üzərində qələbə qazanaraq gerçəkləşdirib. Eyni zamanda, bölgə təmsilçisi ardıcıl ikinci dəfə yarımfinalda iştirak edəcək.

Azərbaycan futbolunda rəqabət qızışır və finala kimlərin yüksələcəyi böyük maraq doğurur.