“Neftçi”dən yeni transfer
Bakı, 28 iyun , Tsport.az
“Neftçi” yay transfer pəncərəsi çərçivəsində növbəti futbolçunun keçidini açıqlayıb. Klubun yaydığı rəsmi məlumata görə, 27 yaşlı müdafiəçi Murad Xaçayevlə 2 illik müqavilə imzalanıb. Təcrübəli oyunçu artıq paytaxt təmsilçisinin heyətinə qoşulub.
Tsport.az xəbər verir ki, Donetsk “Shakhtar” məktəbinin yetirməsi olan Xaçayev, son altı mövsümü “Sumqayıt” klubunda (2019–2025) keçirib. O, bu müddət ərzində indiki baş məşqçi Samir Abbasovun rəhbərliyi altında da çıxış edib. Murad Xaçayev Azərbaycan milli komandasında da 1 oyun keçirib.