“Neftçi”nin sabiq futbolçusu “Şəki”də
Bakı, 5 sentyabr , Tsport.az
Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev yeni klubunun adına aydınlıq gəlib.
Tsport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını “Şəki”də davam etdirəcək.
Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Kəpəz”in də formasını geyinib.
Onun son klubu isə “Haypers Quba” olub.