Azərbaycan FutboluDünya Futbolu

“Neftçi”nin Yunanıstan klubuna qarşı oyunu ləğv edildi

Bakı, 27 iyul , Tsport.az

Neftçi“nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün keçirməli olduğu yoxlama oyunu ləğv olunub. Ağ-qaralar Yunanıstanın “Asteras” (Tripoli) klubu ilə qarşılaşacaqdılar, lakin güclü leysan səbəbindən matç baş tutmayıb.

Tsport.az xəbər verir ki, Kielce şəhərindəki Pilkarski stadionunda Bakı vaxtı ilə saat 19:00-da başlamalı olan oyun hava şəraiti səbəbindən oynanıla bilmədi.

Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Polşadakı təlim-məşq toplanışında daha öncə İsrailin “Hapoel Təl-Əviv” (1:1) və Polşanın “Bruk-Bet Termalika” (2:2) klubları ilə yoldaşlıq görüşləri keçirib. “Neftçi” son yoxlama matçını avqustun 1-də Kiprin AEL klubuna qarşı oynayacaq.