-->
Basketbol

New York Knicks əfsanəsi vəfat edib

Bakı, 28 aprel, Tsport.az

NBA təmsilçisi New York Knicksin keçmiş müdafiəçisi, Basketball Hall of Fame-ə daxil edilmiş və ikiqat çempion Dick Barnett 88 yaşında vəfat edib.

Tsport.az xəbər verir ki, bu barədə NBA-nın mətbuat xidməti açıqlama yayıb. Onun ölümünün təfərrüatları hələlik açıqlanmayıb.

Dick Barnett 1965-1973-cü illər ərzində New York Knicksin heyətində çıxış edib və bu dövr ərzində iki dəfə NBA çempionu olub. Barnettin 12 nömrəli forması klub tərəfindən əbədiləşdirilib. O, New York Knicks tarixində ən çox xal qazanan 9-cu oyunçu olub. 2024-cü ildə isə Basketball Hall of Fame-ə daxil edilib.