Dünya Futbolu

“Newcastle United” Benjamin Šeško üçün rəsmi təklif göndərib

Bakı, 2 avqust, Tsport.az

Premier Liqa klubu “Newcastle United”, “RB Leipzig”-in gənc hücumçusu Benjamin Šeškonun transferi üçün ciddi addım atıb.

Tsport.az xəbər verir ki, İngiltərə təmsilçisi 22 yaşlı forvard üçün 75 milyon avro baza məbləğ və əlavə 5 milyon avro bonus şəklində rəsmi təklif irəli sürüb.

Sloveniya millisinin üzvü olan Šeško transferlə bağlı yekun qərarını verməyib. Məlumata görə, “Manchester United” də futbolçu ilə maraqlanır və hücumçu hazırda hər iki klubun təkliflərini dəyərləndirir.

2023-cü ildən bəri “RB Leipzig”-in heyətində çıxış edən Benjamin Šeško, 2024/25 mövsümündə 45 matçda 21 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bundesliqa klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.