“Newcastle United” “Brentford”un hücumçusu Yoane Wissa ilə razılığa yaxındır
Bakı, 29 avqust , Tsport.az
“Newcastle United“”, “Brentford” klubunun Konqolu hücumçusu Yoane Wissanı transfer etməyə hazırlaşır.
Tsport.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə danışıqlar müsbət yekunlaşmaq üzrədir.
Transferin dəyərinin 40 milyon avro civarında olduğu bildirilir. “Newcastle United” bu transferi 1 sentyabr tarixinə qədər tamamlamağı planlaşdırır. Wissa, yeni mövsümdə “Sağsağanlar”ın hücum xəttini gücləndirə biləcək əsas namizədlərdən biri hesab olunur.