“Newcastle United”in yeni idman direktoru bəlli olub
Bakı, 11 oktyabr, Tsport.az
“Newcastle United” yeni idman direktoru vəzifəsinə “Nottingham Forest” klubunun futbol üzrə baş direktoru Ross Wilsonu gətirib.
Tsport.az xəbər verir ki, Wilson bu vəzifədə ötən il klubdan ayrılan Paul Mitchelli əvəz edib. O, bundan əvvəl “Rangers” klubunda idman direktoru, “Southampton”da isə futbol əməliyyatları üzrə direktor kimi çalışıb.
Wilsonun rəhbərliyi dövründə “Nottingham Forest” bir neçə dəfə transfer rekordunu qırmış, bu yay Omari Hutchinsonun Ipswich Towndan 37,5 milyon funt sterlinqə keçidi klub tarixində ən bahalı transfer olmuşdu.
Yeni təyinatı barədə danışan Wilson deyib:
“Newcastle United çox xüsusi klubdur. Azarkeşlərin ehtirasını və gözləntilərini yaxşı anlayıram. Eddie Howe ilə mütəmadi əlaqə saxlayırıq və aramızdakı etimad, həmrəylik və uyğunluq klubun inkişafı üçün çox önəmli olacaq.”