Dünya Futbolu

Neymar yaşıl meydanlardan uzaqlaşdırılıb

Bakı, 29 sentyabr, Tsport.az

Braziliya klubu “Santos”un hücumçusu Neymar zədə səbəbindən noyabrın sonunadək forma geyinməyəcək.

Tsport.az xəbər verir ki, bu barədə klub prezidenti Marcelo Teixeira açıqlama verib. Onun sözlərinə görə, 32 yaşlı futbolçunun dekabrın əvvəlində – Braziliya çempionatının adi mövsümü başa çatdıqdan sonra komandaya qoşulması planlaşdırılır.

Neymarın “Santos” ilə hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir.