NFL-də sürpriz nəticə
Bakı, 10 oktyabr, Tsport.az
NFL-də sürpriz nəticə qeydə alınıb.
Tsport.az xəbər verir ki, “New York Giants” çempion “Philadelphia Eagles”i 34:17 hesabı ilə məğlub edib.
Komandanın gənc oyunçuları — Jaxson Dart və Cam Skattebo qələbədə əsas rol oynayıblar. Start heyətində cəmi üçüncü oyununa çıxan Dart bir ötürmə və bir qaçışla “touchdown” edib, Skattebo isə üç “touchdown”la yadda qalıb.
Bu məğlubiyyət “Eagles” üçün 2023-cü ildən bəri ilk dəfə ardıcıl ikinci oyunda uduzmaq deməkdir. “Giants” isə 1998-ci ildən sonra ilk dəfə Super Bowl çempionunu məğlub edib.