“Nice” üçün zərbə – Terem Moffi zədələndi
Bakı, 16 oktyabr, Tsport.az
Nice klubunun baş məşqçisi Franck Haise komandanın aparıcı hücumçusu Terem Moffi-nin zədələndiyini açıqlayıb.
Tsport.az xəbər verir ki, Nigeriyalı forvard yığmadan qayıtdıqdan sonra ilk məşqdə baldırında ağrı hiss edib və məşqi dayandırıb.
Haise bildirib ki, Moffi-nin vəziyyəti sabah dəqiqləşəcək, amma ilkin ehtimallara görə hücumçu bir neçə həftə oynamayacaq.
26 yaşlı Moffi bu mövsüm indiyədək bütün turnirlərdə 3 qol vurub.