Nicolas Pepe 2028-ci ilə qədər “Villarreal”da qalacaq
Bakı, 16 iyul , Tsport.az
İvuar Sahilli futbolçu Nicolas Pepe, İspaniyanın La Liqa təmsilçisi “Villarreal” ilə olan müqaviləsini 2028-ci ilin iyun ayına qədər uzadıb.
Tsport.az xəbər verir ki, “Villarreal, Nicolas Pepe ilə müqaviləsini 2028-ci ilin iyun ayına qədər uzatmaq üçün razılığa gəldi. Mövcud müqaviləsində bir il qalan Pepe, iki mövsüm daha komandada qalacaq”.
Pepe, “Villarreal”ə keçməzdən əvvəl “Arsenal”, “Nice”, “Trabzonspor”, “Lille” və “Angers” klublarında çıxış edib. O, ötən yay “Villarreal”ə azad agent kimi qoşulub və ilk mövsümündə 28 oyunda iştirak edərək 3 qol vurub.
2023–2024 mövsümündə Trabzonspor forması ilə 23 rəsmi matçda oynayıb və 6 dəfə rəqib qapısına yol tapıb.
Pepe, Fildişi Sahili yığmasında indiyədək 47 oyun keçirib və 11 qol vurub.