Nkunku “Chelsea”dən ayrılmaq qərarını verib
Bakı, 4 may, Tsport.az
Fransalı hücumçu Christopher Nkunku mövsümün sonunda “Chelsea” klubunu tərk etmək niyyətindədir.
Tsport.az xəbər verir ki, 27 yaşlı futbolçu yeni mövsümdən etibarən London klubunda çıxış etmək istəmədiyini rəhbərliyə çatdırıb və qərarının dəyişməz olduğunu bildirib.
2023-cü ildə “RB Leipzig”dən 60 milyon avroya transfer olunan Nkunku-nun “Chelsea” ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. O, bu mövsüm Premyer Liqada 27 matçda meydana çıxıb, 3 qol və 2 assistlə yadda qalıb.