Noah Darvich “Stuttgart”a transfer olundu
Bakı, 1 iyul , Tsport.az
“Barcelona” 19 yaşlı yarımmüdafiəçisi Noah Darvich ilə yollarını ayırıb.
Tsport.az xəbər verir ki, Almaniyanın “Stuttgart” klubu gənc futbolçunu transfer etdiyini rəsmi olaraq açıqlayıb. Darvich yeni klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
İstedadlı yarımmüdafiəçi Almaniyanın gənclər millisində də çıxış edir. O, “Barcelona”nın akademiyasından yetişib.