Noah Okafor imzanı atdı! Yeni komandası bəlli oldu
Bakı, 21 avqust, Tsport.az
İngiltərə Premyer Liqası təmsilçisi Leeds United, İsveçrəli sol cinah oyunçusu Noah Okafor’u transfer edib.
Tsport.az xəbər verir ki, Klubun açıqlamasında, 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalandığı bildirilib.
Karyerasında Basel, Salzburg, Napoli və son olaraq Milan forması geyinmiş Okafor, İsveçrə millisində 24 oyunda 2 qol vurub.
İngilis mətbuatına görə, Leeds United bu transfer üçün ümumilikdə 21 milyon avro ödəyəcək.
Zəhra mansırova