Digər

Norveçli dünya çempionu it hücumuna məruz qaldı

Bakı, 15 iyul, Tsport.az

Norveçin tanınmış xizəkçisı Emil Iversen qaçış zamanı it tərəfindən dişlənib. Dördqat dünya çempionu və 2022-ci il Pekin Qış Olimpiadasında estafet yarışının gümüş medalçısı olan 33 yaşlı idmançı hadisə nəticəsində yüngül xəsarət alıb.

Tsport.az xəbər verir ki, hücumdan dərhal sonra Iversen tibbi yardıma müraciət edib. Təcili yardım otağında müayinə olunan idmançının yarasına tikiş atmağa ehtiyac duyulmayıb.

Hadisə zamanı ağır xəsarət almayan Emil Iversenin hazırda vəziyyəti stabildir və reabilitasiya dövrünü ev şəraitində keçirir.