Digər

“Növbəti hədəfim qarşıdan gələn Avropa Çempionatıdır”

Bakı, 29 sentyabr, Tsport.az

Bu sözləri Azərbaycanda təşkil olunan III MDB oyunlarında Sambo üzrə ilk qızıl medalçımız Abdullətif Musayev deyib.
Tsport.az xəbər verir ki, Abdullatif 53 kilo dərəsində Özbəkistanlı rəqibi Kamzat Maksetbaevi məğlub edib. Milli samboçumuz qələbəni belə şərh edib:
“Bu yarışa çox yüksək səviyyədə hazırlaşmışdım. Müəllimlərimizə dərin təşəkkürümü bildirirəm. Sambo Federasiyasının hər bir üzvünə, xüsusilə də Ceyhun müəllimə minnətdaram. Öz şəxsi müəllimim Kənan müəllimə və üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. İnşallah, gələcək yarışlarda da yaxşı nəticələr əldə edərəm.
Görüşlər çox çətin keçdi, amma şükür Allaha qalib gəldim. Növbəti hədəfim qarşıdan gələn Avropa Çempionatıdır. İnşallah, ona da yüksək səviyyədə hazırlaşacağam”.
Bahar Rüstəm