“Növbəti oyunda ikinci hissədə oynadığımız kimi başlamaq ən yaxşısıdır”- İmad Farajp
Bakı, 21 avqust , Tsport.az
Bu sözləri 16 avqust Misli Premyer Liqasının I turunda “Neftçi”nin doğma meydanda “Şamaxı“nı qəbul etdiyi,yekunda 1:1 hesabı ilə başa çatan oyun sonrası İmad Faraj deyib.
Oyun haqqında fikirləriniz?
– Bugünkü oyun çox yaxşı idi. Oyunun idarəsi bizdə idi və normalda bu oyunu qazanmalı idik. Ümid edirəm ki, növbəti oyunda daha çox qol vuracağıq.
Sizin və komandanızın bu mövsümdə məqsədi nədir?
– Əlbəttə ki, ümidimiz bu mövsümdə çempion olmaqdır. Çünki düşünürəm ki, bizim çempion olmaq imkanımız var. Amma hər oyuna diqqət etməli və oyundan-oyuna daha yaxşı olmalıyıq.
Məncə, qapı qarşısında daha “öldürücü” olmalıyıq. İkinci hissədə daha yaxşı idik. Birinci hissədə bir az zəif idik, çox da şansımız olmadı. Amma ikinci hissədə daha yaxşı idik. Ona görə də növbəti oyunda ikinci hissədə oynadığımız kimi başlamaq ən yaxşısıdır.
Aytac Mustafayeva